Xanım İsmayılqızı  : -Gecəyə gözüm açıqdı,

Ədəbiyyat 15:00 / 12.08.2025 Baxış sayı: 2318

Gecəyə gözüm açıqdı,

Şəhərə izim...

Qaranlıqdan işıq alır

bətim-bənizim...

Maşınlar ölçür yolların

uzunluğunu...

Yaddaşımsa

yorğunluğunu...

Saata üzüm açıqdı,

Əqrəbə dözüm...

Qayığını, gəmisini yırğalayır

Həyat dənizim...