Şakir Xanhüseyn :- Dağ kişini əridiblər mum kimi...
Dağ kişini əridiblər mum kimi,
eləyiblər bir sümük, bir dəri, bax.
Ah-ufdadı uşaqları, qadını,
yaşamağın ta gedibdi suru, bax...
Sanki başı keçirilib nizəyə,
görənlərin canı düşür lərzəyə...
Bir rahat yer axtarırkən ölməyə,
ümid verir ona günün nuru, bax;
Yenə duyur çətinlikdə, dardadı,
nəfəsini güclə alır, zordadı...
Dediyim kəs hayandadı, hardadı,
gözünü bir dolandırıb bəri bax...