Xəyalə Sevil : - Bir az xoşuna gəldim...

Sözümdən, söhbətimdən,
Çıxardım ürəyimdən.
O gün səni düşündüm-
O gün qapını çırpıb
Çıxardım ürəyindən.
Etdiyin qürur da tanış,
Görməzdən gəlməyin də.
Yenə ən yaxşısını
"Sən bilirsən", cığal uşaq,
Qal elə bilməyində.
Bir az xoşuna gəldim,
Bir az ağlını aldım.
Gərək bağışlayasan,
Məni unutmaq üçün
Bir az vaxtını aldım.