Əşrəf Veysəlli - ŞUŞA QALASI
Ədəbiyyat
22:31 / 17.09.2025
Baxış sayı: 2026
Axır ki qisasım unudulmadı,
hayıma hay verdi Şuşa qalası.
Zəfər bağlarının meyvələrindən
Nə gözəl pay verdi Şuşa qaıası.
Ləldir , cəvahirdir qayası, daşı
Yer göyə məftundur ,göy yerə aşiq…
Qoluma güc verdi, gözümə işıq,
Dizimə hey verdi Şuşa qalası.
Nurlu kəhkəşandır yolu, yolağı,
Dərdlərə dərmandır İsa bulağı.
Bu da Cıdır düzü— uçuş zolağı,
Möhtəşəm laynerdir Şuşa qalası.