Ələsgər ƏLİOĞLU : - DÜNYA, ÇƏK İTİNİ QİÇINA BAĞLA

(Redaktəsiz)
Bərk tut, boğazından çıxar xaltaşı,
Artar hər addımda, artar xətası...
Kim olar ipini sənsiz dartaşı,
Dünya, çək itini qıçına bağla.
Zingildəyər hansı yoldan ötrü o,
Təhlükədir dörd bir yandan ötrü o...
Ölümə də gedər yaldan ötrü o,
Dünya, çək itini qıçına bağla.
Harda sümük görsə ora atılar,
Şərqdə də, qərbdə də. oyun artırar...
Bu yer kürəsini qana batırar,
Dünya, çək itini qıçına bağla.
Necə də bərk imiş canı bu itin,
Doludu sancıyla qarnı bu itin...
Deyərlər yiyəsi hanı bu itin,
Düňya, çək itini qıçına bağla
Dişini qıcayar, qıcığı artar,
Nəfsini bu dağdan o dağa atar...
Köpəyi azalar, qancığı artar,
Dünya, çək itini qıçına bağla.
29.07.2025