ŞEİR DƏRDƏ DƏ NİSGİLİ ÜSTƏLƏYİRMİŞ

MƏDƏNİYYƏT 15:25 / 16.08.2025 Baxış sayı: 3417

 

Dünən (15.ö08.2025) yarımlıq fasilədən sonra AYB Mingəşevir bölməsinin üzvləri yenidən bir arada idilər. Bölmə rəhbəri matəm əhval-ruhiyyəli günlərdə onu yalqız buraxmayan qələm dostlsrına minnətdarlığını bildirəndən sonra bölmənin tərkibində yeni yaradılmış ictimai qurumların şəhərin ədəbi həyatında mühüm rol oynayacağını əminlikhissiylə söylədi. Sentyabrın əvvəllərində yazıçı Rəna Nəcəf qızının Yevlax şəərində keçirilməsi nəzərdə tutulan “Qara gözlü bilərzik” adlı kitabının təqdimat mərasiindən, Azərbaycan Yazıçılar Birliyinin üzvləri,- hüquqşünas şair Bəhman Gülöşəlinin 70, yazıçı-publisist Zümrüd Rəhimovanınisə 65 illik yubileyiləri ilə ilgili göülməsi vacib olan işlərdn söz açdı.

Ədəbiyyat Sevdalısı Rəşid Rəsulovun xeyir-dualarından sonra yazarlar növbəylə ayağa qalxıb yazılarını oxudular. Ağabala Salahlı bu dəfə nəsihətvari bir şeiriylə hamıya nəcib hisslər aşılamağın savabını qanadlı misralarla dilə gətirdi.

Əhməd Əfsun həmişə olduğukimi oxuduğu şeiriylə diqqəti özünə yönəltdi. Zümrüd Rəhimova iki mənsur şeiriylə söz məclisinə unudulmaz anlar bəxş elədi. Gənc yazıçı Şamil Həsənin “Qəbristanda molaların qovğası” adlı hekayəsi mövzu ətrafında qələm dostlarının polimikaya vadar etdi. Lirik şeirlər müəllifi kimi tanınan Minarə İsgəndər həmkarlarının üzünü güldürdü. Elçin Məhərrəm şeirdən-şeirə irli getdiyini nümayiş etdirdi.bölmə rəhbərini müavini Bəhman Gülöşəli yaxşılığın ən dəyərli nemət olduğunu təlqin edən şeirini oxudu və İsmayıl İmanziyanın “ Elegiya” adlı şüiriylə söz məclisi yekunlaşdı.

Şamil HƏSƏN

AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN MƏTBUAT XİDMƏTİNİN SƏDRİ