Aqşin Yenisey - Dövlətin “yumşaq güc”ü

YAZARLAR 07:42 / 18.08.2025 Baxış sayı: 2336

Mədəniyyət xalqa yox, dövlətə lazımdır. Dövlət kollektiv həyatı yalnız cəza mexanizmləriylə tənzimləyə bilməz. Özünə qarşı kütləvi nifrət yaradar və öz əliylə özünü məhv edər.

Buna görə də dövlətin “yumşaq güc”ə ehtiyacı var. Bu güc mədəniyyətdir.

Xalq mədəniyyəti sevməz, hətta aşağı təbəqələr mədəniyyətə nifrət edər. Çünki mədəniyyət fərdin deyil, kolllektivin işinə yarayan “olmaz”larla doludur.

Mədəni adam çoxlu kitab yazan, oxuyan adam deyil, dövlət məsuliyyəti olan adamdır. Çünki o, özünün deyil, kollektivin maraqlarının vacibliyini dərk edir.

ABŞ kimi kütləvi mədəniyyət ölkəsində belə dövlətin mədəniyyət strategiyasını hazırlayan və icra edən təsisatlar mövcuddur.

Dövlət iradəsi olmasa heç bir xalq öz cibinin pulunu mədəniyyətə xərcləməz. Çünki xalq özü-özlüyündə antropoloji heyətdir, xalqı sosiallaşdıran dövlətdir.

Dövlətin yaradıcı adamlara qayğısı məcburidir. Çünki bunu dövlət etməsə, xalq dünəndən etməyəcək.

Beləliklə, əvvəlcə mədəniyyət tükənəcək, sonra dövlət yox olacaq. Xalq isə ən yaxında olan hazır mədəniyyətlərin birinə daxil olub yeni bir ad altında anrtopoloji varlığını xilas edəcək