Elnur Uğur Abdiyev - Bilmir

Ədəbiyyat 07:30 / 18.08.2025 Baxış sayı: 2101

Dostun sevincinə sevinməyənin,

Sevinci özünə tən ola bilmir.

Ha üzdən gülsə də, içdə boğulur,

Qəlbən sevinəntək şən ola bilmir.

 

Torpağın üstünü altı oyadır,

Əkilən əkinlər bax şən bayatı.

Nə olsun yaşayır sünbül həyatı,

Hər sünbül sonunda dən ola bilmir.

 

Qismətdə ucalıq vardısa haqdan,

Şah da sala bilməz,dost ,səni taxtdan.

İçində yoxdursa incimə baxtdan,

Hər mən,Elnur,sonda mən ola bilmir.