MƏNƏ BƏND OLMA - yazdı Adilə Nəzər

Dünyamda qəfəs darıxır,
Qulağımda səs darıxır,
Sinəmdə nəfəs darıxır,
Mənə bənd olma, ay adam.
Mahnılar da məndən qaçır,
Qəm səhəri mənlə açır...
Adın şirin, dilim acı..
Mənə bənd olma, ay adam.
Yollarım kəsəkli, daşlı.
Keçdiyim küçələr yaşdı..
Həm susqunam, həm təlaşlı,
Mənə bənd olma, ay adam.
Oyundan ömür qayırdım,
Hər günümü il sayırdım.
Böldüm bütün hisslərimi,-
Sevgimi şeirə ayırdım.-
Mənə bənd olma, ay adam.
29.07.2017