Ərdoğandan Azərbaycan AÇIQLAMASI: "Dəstək verməyə hazırıq"

"Hazırda biz TANAP-dan təbii qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycana hər cür dəstək verməyə hazırıq".
Yenises.az Publika.az -a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Bu baxımdan hədəfimizə doğru əzmlə addımlayırıq", - Ərdoğan deyib.
Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.