Elnur Uğur Abdiyev : - Müstəqillikmi bu?
jpg-1753762065.jpg)
·
Hər şey ordan başladı.
Qadınlar çadrasını,
kişilər papağını
soyunduğu yerdən.
Yubkalar miniləşdikcə,
əxlaqlar miniləşdi.
Metrolarda retro öpüşlərlə
vaqonlar ehtiraslandı
növbəti dayanacağa.
Hər şey ordan başladı
qadınlar bədənini
kişilər vətənini satdığı yerdən.
Hər şey ordan başladı
müstəqillik sevdasından.
Biz müstəqilliyi bilməyə- bilməyə
müstəqillik qazandırdığımız ölkəyə
seriallarla qonaq getdik efirlərdən.
Hərdən
öz- özümə hesabat verirəm.
Müstəqillikmi bu?