Şakir Xanhüseyn- adam hərdən darıxanda-

 

Gündəm, Ədəbiyyat 12:29 / 28.07.2025 Baxış sayı: 2386

***

adam hərdən darıxanda-

darıxan anda

istəyir kimləsə səmimi, dostanə

bir münasibətdə olsun,

söhbət etsin, desin, gülsün,

sevgiyə, ilgiyə,

arzuya, ümidə

heç də

mücərrəd, görünməz bir duyğu kimi

baxılmasın;

yaxşı, bu, əlçatmazdımı?

bəli, əlçatmazdı,

özü də çox;

yoox?..