Aida Adıgözəl  İMZA  GÜNÜ-nə DƏVƏT EDİR

MƏDƏNİYYƏT 06:51 / 24.05.2024 Baxış sayı: 5067

Mayın 26-da saat 12-dən 13 tamamadək Elmlər Akademiiyasının həyətində keçirilən Ədəbiyyat və Kitab festivalında növbəti imza günüm olacaq.

Məndən kitab istəyən takibçilər və məni daim izləyib sevənlər, onu deyim ki, kitablar çox sayda deyil. Bundan başqa mən kitab mağazalarına kitab vermirəm və kitabımı əlimə götürüb kimlərinsə qapısını indiyədək döymədim, döyməcəm də. Profilimdə şeirlərimi paylaşıram oxuyursunuz, toplu kitab şəklində alıb oxumaq arzunuz varsa buyurun o zaman gəlin kitab festivalına alın. Kitabı, şeiri bəhanə edib virtuallıqdan çıxıb real tanış olaq, birlikdə xoş saat keçirək.

Bir də belə fürsət olmayacaq, çünki mən gündə kitab çıxarmıram. 2019, 2020-dən 4 il sonra çıxan 3-cü kitabımdır. Bir də nə vaxtsa qismət, yeni şeirlər yazsam, haçansa kitablıq olsa o zaman yenidən sərgilərə qatılacağam. Yəni, bu oxucular üçün sadəcə bir fürsətdir.

Elgiz demiş, geyinin, keçinin gəlin.

 

Bir ‎1 nəfər və ‎bunu deyən yazı "‎III Türk Dünyası adabiyyat ν Kitab Festivalı İmza günü Aida Adıgözal B BİZİM.MEDIA BİZİM. A.MEDIA Stendi Elmlar parkı 26 may 12:00 #litbookfest 小 GYO. PИ3KyΥ هوال OYTB C.TIKA DGTYB MauyHaT [ BZIM‎"‎‎ şəkili ola bilər