Emin Piri - Bu yerlərdə görünmürsən...

Ədəbiyyat 10:38 / 28.07.2025 Baxış sayı: 1487

Bu yerlərdə görünmürsən, hardasan?!

Sənin üçün darıxmışıq, İlahi.

Bəlkə kimsə keçib sənin yerinə,

Bir yol göstər, karıxmışıq, İlahi!

 

Ömrümüzün hər ucundan kəsibsən,

kəsib, kəsib neyləyirsən?!-

Kasıbsan?

Oxu görüm, nə yazıdı yazıbsan:

Çoxu zülmət, azı işıq, İlahi.

 

Titrəmişik qardan gözəl qışını,

atdıq belə yaşamağın daşını.

Ömür adlı bu köhlənin başını

Canavara buraxmışıq, İlahi...