Xatirə Rəhimbəyli : - Sən mənə taleyin zülüm payısan...

Ədəbiyyat 11:03 / 28.07.2025 Baxış sayı: 1712

Sən mənə taleyin zülüm payısan.

Göynəyən könlümü bir üfləsən sən...

Ruhumun qısılıb dustaq qaldığı

İkicə kəlmədən özgə nəsən sən?

 

Gördünmü quruyan qaxac ömrümü?

Cismimi qovuran bu sac ömrümü?

Bu kədər yarpaqlı ağac ömrümü

noolar, bircə kərə silkələsən sən?!

 

Namərd quyulardı, xəbərçi qamış.

Könlümdə bir zərrə inam qalmamış...

Etibarı perik, ümidi sınmış

ürək nələr çəkir...

Nə biləsən sən...