Fərhad Tapdıqoğlu - Hal-al

YAZARLAR 09:58 / 28.07.2025 Baxış sayı: 1267

 

(hekayə)

Hilalı xəyaldan mollanın səsi ayırdı:

-Məleykə ananı torpağa tapşırdıq.Ay camaat,əziyyətinizi mərhuməyə hal-al eləyin.

Ara- sıra səslər eşidildi:

-Hal-al xoşu olsun.

Bir nəfər nimdaş geyimli,üz- gözünü tük basmış qoca dəfndə iştirak edənlərə yaxınlaşıb:

-Allah rəhmət eləsin - dedi.

Hilal kişiyə bu qoca tanış gəlsə də,fikirləşmədən ona 5 manat uzatdı.Yaxın qohumlarından da bir neçə nəfər qocaya pul verdi.

Həyətdə çadır qurulmuş,dəfndən qayıdanlar üçün hal-va, çay,pendir və göyərtidən ibarət yüngül ehsan süfrəsi açılmışdı.

Molla Yasin surəsimi oxuyurdu.Hilalın xəyalı isə uzaqlara üçmuşdu.

... Bu gün əbədi dünyaya köçən onun maması (bibisi) idi.Məleykə mamasının əri sağalmaz xəstəlikdən vəfat etmişdi.O zamandan o qardaşı Köçəri kişinin evinə köçüb ,orada qalırdı .Uşağı yox idi,yəni olmamışdı.Qardaşı uşaqlarına öz balaları kimi baxırdı.Hal kəndinin məktəbində müəllimə işləyirdi.Azərbaycan dili müəlliməsi olan Məleykə xanım,qardaşı uşaqlarının təhsili,tərbiyələri ilə də məşğul olurdu.Hilal ismin hal-larını, ayrı- ayrı sözlərin hal-landırmağı da hələ o bəhsi keçməzdən əvvəl Məleykə mamasından öyrənmişdi.

Məleykə mamasının danışdığı bir hadisə( olay,bəlkə də rəvayət) Hilalın yaddaşına həkk olunmuşdu:

" - Bir gün ana Mahmud adlı oğluna deyir ki, "ay oğul ,sən işə gedəndən sonra ,gəlin mənə zülm eləyir."Oğlunun hal-ı pozulur, inanmır ,amma anasının sözü ilə işə getmək adı ilə gizlənir.Mahmudun getdiyinə əmin olan gəlin,mahnı zümzümə edir və qayınanasına deyir ki," oyna ,kökə verim ye".

Ana oynaya- oynaya oxuyur:.

"Hal-ıma bax,ay Mahmud,günümə bax ay Mahmud.Oynadıb ,kökə verirlər.Zülümə bax,ay Mahmud."

Mahmud gizləndiyi yerdən çıxır.Gəlin özünü itirir,hal-dan- hal-a düşür.

Yəqin ki,gəlinin hal-ını təsəvvür etdiniz".

Məleykə mama deyərdi ki," hal-va- hal-va deməklə ağız şirin olmaz" ."Qızı özbaşına qoysan ya zurnaçıya gedər,ya hal-vaçıya".

Məleykə mama danışırdı ki, kənddə bir Çərkəz kişi vardı.Öz hal-lıca, dulluca arvadı ola- ola gözü orda- burdaydı.Çərkəz kişi ağır vəziyyətdə olanda Köçəri kişi arvadı Telli və bacısı Məleykə ilə ona dəyməyə hal- əhval tutmağa gedirlər,hal- xoş edirlər.Çərkəz kişi hamı ilə hal-allaşır. Məleykə mama ordan qayıdanda danışır ki," Çərkəz kişinin qulaqları saralıb,ondan " hal-va iyi gəlir".Elə həmin günün axşamı halı getdikcə pisləşən Çərkəz kişi yanında olanlardan hal-allıq alıb ,gözlərini yumur...

... Hilal birinci dəfə institutda oxuduğu illəri xatırladı .Metalşünaslıq fənnindən müəllimin ona zaçot ( tələbənin biliyini yoxlama) yazmadığını xatırladı.Hələ orta məktəbdən cisimlərin maye,qaz,bərk hal-da olduqlarını da gözəl bilirdi Hilal.Burda isə suyun hal diaqramını da,dəmir- karbon hal diaqramını da yaxşı öyrənmişdi.Amma müəllim hər tələbədən zaçot üçün pul alırdı .Burada rüşvətlə qiymət yazdıqmaq geniş hal almışdı.Hilal mübahisə elədi,hal-allıqdan danışan o müəllimə pul rüşvəti vermədi.Kimlərəsə arxalanan müəllim ona zaçot yazmadı. Hilal sənədlərini həmin institutdan aldı və sonrakı il başqa insitituta qəbul olub ,oranı bitirdi. Müəssisələrin birində sex,şöbə rəisi işlədi.Hal- hazırda isə təqaüddədir, "Hal-al" şirkətində mühafizədə işləyir.

Məleykə mama hər bir halda Hilala da,o biri uşaqlara da kömək oldu. Ümumiyyətlə ,bütün qohumlara köməklik edər,hal-larına yanardı.Qaçqınlıq illərində Sumqayıtda məskunlaşan bu ailədə həmişə hal-allıq olub.Elə Hilal da bir hal-al süd əmmiş bir qızla ailə qurdu.Uşaqlarını da yerbəyer eləyib,nəvələri də var Hilalgilin.

Hilalın atası da öz zəhməti ilə hal-al çörək qazanırdı.O hər bir işdə hal-allığı xoşlardı. Hilal atasından da,müəllimə olan Məleykə mamasından da yaxşı çox şey öyrənmişdi.

Məleykə maması deyirdi ki," nanəcib övladları olan valideynlərin vay hal-ına"..

Bütün bunlar kino lenti kimi Hilalın gözü qabağından keçdi.Yaşlılardan qalan yeganə əziz adamının da dünyadan köçməsi onun hal-ını dəyişdi...

...Molla Yasin surəsini oxuyub ,bitirdi.Hilalın gözü yenidən nimdaş və səliqəsiz geyimli ,üz- gözü tüklü qocaya sataşdı.Bəli ,bu o idi.İnsititutda ona zaçot yazmayan müəllim...

...Hilal öyrəndi ki,həmin müəllim ,tələbələrdən rüşvət aldığına görə ,işdən azad edilərək,uzun illər həbsxanada yatıb.Həbsxanadan çıxandan sonra indiki dilənçi hal-ına düşən keçmiş müəllim ona- buna əl açaraq ,günlərini ötürür...

Hal-al çörək yeyən ,hal-allıqla ömrünü başa vuran Məleykə ana isə artıq haqq dünyasındadır.

P.S. Hal-allıq həmişə,hər yerdə olmalıdır...

Siz də bu hekayəmi zəhmət çəkib,əvvəldən sona qədər oxumusunuzsa ,zəhmətinizi hal-al edin.