Sabir Sarvan.- Güllü

Ədəbiyyat 12:49 / 28.07.2025 Baxış sayı: 1288

 

Səsin ürəkləri yaxıb -yandırır

Su kimi ürəklərə axır da, Güllü.

Derdiyin nəfəslə, çəkdiyin hala

Bizi kül edərsən axırda, Güllü.

 

Sinən şırim -şırim dərdə vər imiş,

Altı xəzinəymiş, altı var imiş

Bir dünya dolusu toyun var imiş

A balaca bana, a xırda Güllü.

 

Könlümü çalan da, oxuyan da sən,

Elə bu eşq ilə oxu, yan da sən.

Yumub gözlərini oxuyanda sən

Əzəl də özünsən, axır da Güllü.