Xəyalə Sevil - Ürəyimdən olsaydı,

Ədəbiyyat 10:39 / 15.09.2026 Baxış sayı: 125

Ürəyimdən olsaydı,

Nə boyda yol yürürdü.

Nolsun ki, sən görmədin,

Allah özü görürdü.

 

Sonradan anlamışam,

Kim cütüydü, kim təkdi.

Səndən getməyin yolu

Başıaşağı getməkdi.

 

Mən də yeni öyrəndim,

Ən yaxşısı budur də.

Adam sevib unutmur,

Darıxıb unudur də...