Şövkət , Zərrin Horovlu - Bu gecə

Ədəbiyyat 16:28 / 14.02.2026 Baxış sayı: 446

Yenə yada düşdün hardasız ,harda,

Tənhalıqda sizsiz dolanmaq olmur?

Sevdalı şağlarım ,dəli gəncliyim,

Bəs nədən sizlərdən ayrılmaq olmur?

 

Bu gecə

Gəl üz-üzə duraq, nəfəs -nəfəsə,

Bu eqı hicrandan alaq , bu gecə!

Ay doğsun , bürünüb aydınlığına,

Sübhətək beləcə qalaq ,bu gecə.

 

Xəlvəti qarışaq qaranlıqlara,

Təkcə o Dan yeri gözləsin bizi.

Sevgimizin dəniz dərinliyində,

Əzəl xatirələr izləsin bizi.

 

Baş qoyub gecənin çiyinlərinə,

Gecəni, gecədə uyudaq yenə.

Kövrələn bu eşqi, elə bir anlıq,

Sinəmizə sıxıb ovudaq yenə.

 

Sənli,mənli olsun bu uzun gecə,

Nə sən giley elə ,nə də mən dinim.

Dərd deyil ki, eşqi gizli saxlayaq,

Aç, danış ,bir ürək mən də sevinim!

 

Gəl üz-üzə duraq ,nəfəs -nəfəsə,

Bu eşqi hicrandan alaq, bu gecə.

Ay doğsun bürünüb aydınlığına,

Sübhətək beləcə qalaq ,bu gecə!