Xəyalə  Sevil -  Onda payızdı havalar...

Ədəbiyyat 21:18 / 13.02.2026 Baxış sayı: 235

Onda payızdı havalar,-

Qış da oldu, yaz da oldu.

Bitdisə, nə fərqi günah

Sizdə oldu, bizdə oldu.

 

Həsrətin yol yorğunudu,

Ürəyimə dinc düşübdü.

Dörd divarın içində

Mənə bircə künc düşübdü.

 

Nədir ki, bu bəlirsizlik,

Ya tut məni, ya at məni.

Sənin dalınca göndərsəm,

Yarıdarmı həyat məni?!