Xatirə Rəhimbəyli - Tərəfləri.
Hər kəs İlahidən boşalır,dolur ,
Sevgidən göyərir,həsrətdən solur.
Hər kəsin ürəkdə oz yeri olur ,
Göynəyir qəlbinin boş tərəfləri
Bircə yol vuruldu ,sevdi ,inandı,
Demə ki ,bu ürək boşuna yandı.
Bu küskün həmişə küncdə dayandı,
Onundu qəlbinin baş tərəfləri.
Unuda bilmirəm ...küsmüşəm guya ,
Dəyişə bilmirəm ,hər nəyəm ,buyam .
Mən sənin könlünün zindanındayam ,
Yerim ürəyinin daş tərəfləri ...