Elnur Uğur Abdiyev - Sən gecikmiş baharımsan,

Ədəbiyyat 14:00 / 13.02.2026 Baxış sayı: 397

Sən gecikmiş baharımsan,

Günəşin istisi də isitmir daha bu bədəni.

Səni

Necə sanım Vətənim?

Sevgi bilirsənmi nədir?

Sevgi adam susayanda su ümididir.

Ümid ömrün ən şirin vədidir.

Bu vəd həmişəyaşıldır.

Qaldır,kirpiklərini qaldır.

Dik bax üzümə.

Bu əsər.

Payız-payız tökülür ömür adlı ağacdan.

Sən,ey gecikmiş bahar,

Bu öz -özündən sürgün ruha

Yuva ola bilməzsən daha!