Bəhram Bilaloğlu  - Sorma məndən, ey sevgili...

Ədəbiyyat 13:00 / 14.02.2026 Baxış sayı: 408

Sorma məndən, ey sevgili,

Sevgi kimdən miras qaldı?

Yaşayıram məhəbbətlə,

Məhəbbətdən xilas qaldı.

 

Yazda gəldim yer üzünə,

Yüz rəng qatdım cüt gözümə.

Çatanda səhra düzünə,

Ruha çatan təmas qaldı.

 

Çiçək açdı eşq ağacım,

Satdım barın — var rəvacım.

Təqvadan gəldi əlacım,

Baxdım, ədəb libas qaldı.

Misramda müşkün ətri var,

Haqdan köçən söz sətri var.

Sözlərimdə döz qətri var —

Bu qətrədən əsas qaldı.