Fərhad Tapdıqoğlu - " ...Bilsəydim atamın dəfninə qalardım "

YAZARLAR 12:08 / 14.02.2026 Baxış sayı: 553

 

Müsiqi alətlərinin birinin ifaçısı Bədəl məşhur müğənninin rəhbərlik etdiyi ansamblla xarici ölkəyə qastrol səfərinə hazırlaşırdı.Ertəsi gün yola düşməli idilər ki, Bədəlin yaşlı atası gecə vəfat etdi.

Bədəlin yaxın qohumları məsləhət gördülər ki, o yolundan qalmasın,getsin.

Dedilər:

--Bədəl , get, Biz  kişini dəfn də edəcəyik ,yas mərasimlərini də təşkil edəcəyik.

Bədəl qastrola yola düşür.

Onu həmişə elə yerdə otuzdururdular ki, müğənni oxuyanda, arxa fonda konsert boyu görünürdü.

Bu Bədəlin ürəyincə olurdu,çox razı qalırdı.

Bu dəfə ansamblın bədii rəhbəri onu başqa yerdə əyləşdirir.

Bədəl əsəbiləşir,etiraz edir:

--Mənim yerimi niyə dəyişdirdiniz?

Belə edəcəkdinizsə,mənə əvvəldən deyərdiniz ,mən də atamın dəfninə, yaz mərasiminə qalardım də... 

...Atasının dəfninə qalmayıb ,qastrola getməyi üstün tutan müsuqiçi Bədəli yenidən əvvəlki yerinə qaytarlrlar...

P.S.Təbii ki,musiqiçinin adı Bədəl deyildir.