Şakir Xanhüseyn - NƏ QƏDƏR UZAQDA
Hardadı kı; yanımızda- yaxında;
yaxşılıqlar, gör, nə qədər uzaqda.
Gecə-gündüz dövrəmizdə dolanır
dərd nə qədər, sər nə qədər uzaqda...
Ocaqların bax külünə, közünə,
qaranlıqda aşkar nədi, gizlin nə...
ayağını basırsan ha üstünə,
vay, deyirsən, yer nə qədər uzaqda...
Sıx, qurulan, canından od-alovu,
yorğun düşdün dincəlincə bir hovur...
Bilsən, min-min gözlünü bir kor qovur,
sağında dur, sol nə qədər uzaqda...