Bəhruz Niftəliyev Bağışla
Mən ki sənin o sevginə inanmırdım, bağışla,
Qəfil qəflət yuxusundan oyanmırdım, bağışla!
Ürəyimdən daş asmışdım, daşıyırdım eləcə,
Azad olub bir kənara qoyanmırdım, bağışla!
Fəqət indi, fərqindəyəm həqiqətim nədəymiş,
Ürəyinə nə damıbmış, nə toxunmuş, nə dəymiş,
Gerçək bu ki, son ümidim, son pənahım səndəymiş,
Yollarında dayanmadım, ürəyini duyanmadım, bağışla!
Sarı simdi, sənin idi, xəbərin də olmadı,
Böyük eşqdən qorxacaqdım, deyənmədim bağışla
Bir təbəssüm, min təbərrüh bəxş edirdi sinəmə,
Sənin kimi, sənin qədər sevənmədim, bağışla!
14.02.2026