Şakir Xanhüseyn - torpaq bizim çörəyimiz

Ədəbiyyat 13:26 / 04.06.2026 Baxış sayı: 189

***

torpaq bizim çörəyimiz,

biz də torpağın "çörəyi";

artırıq bir-birimizlə--

biz torpaqla, torpaq bizlə...

 

taleyimdə soyuq qış var,

yerdə qalmır, itir izim.

iki bədəndə bir cantək

biz torpağın, torpaq bizim...

 

bax, torpağın üstündə mən

dayana bilmirəm hissiz...

heç misalı, puç misalı

biz torpaqsız, torpaq bizsiz...