Fərhad Tapdıqoğlu - Düşüncələr

YAZARLAR 11:00 / 17.07.2026 Baxış sayı: 449

 

Mehribanlıq,səmimiyyət təkcə ailədə deyil,həm də kollektivlərdə...kənddə,şəhərdə ,hətta dövlətdə olmalıdır.

Əgər təbəqələr arasında, dövləti idarə edənlərlə xalq arasında səmimiyyət olmazsa ,xeyir -bərəkətdən,yaxşı güzərandan söhbət belə gedə bilməz...

=

Əsəblərimiz poladdan olsaydı,onu termiki emalla "zakalit" ( möhkəmlətmə,bərkitmək) edərdik.

Dörd bir yanımızda haqsızlıq,ədalətsizlik,yalan,yaltaqlıq...talançılıq...

Şair Qabil demiş "yerləri səhv düşənlərlə" mübarizə aparmaq çox çətindir,çoox...

Əsəblər dözmür,ürəklər parçalanır...

=

İnsanın çöhrəsindəki təbəssüm onun əhval-ruhiyyəsini əks etdirir.

Təbəssüm olanda,ətrafında nikbin insanlar olanda,aura da gözəl olur.

Mən hər kəsə bol-bol təbəssüm, ardınca gülüş ,hərdən də lap qəhqəhə çəkməyi arzulayıram...

=

Riyaziyyatda bir işarə səhvi yalnış cavaba aparıb çıxardığı kimi,həyatda da diqqət eləməyib ,gözdən qaçırdığın bir məqam,bir an səni arzuolunmaz məqama aparıb çıxarar...

=

Səhər erkən oyanmışam yenə də...

Cecəni də çox pis yatmışam.

Bayırda gözəl hava olsa da,mənim içimin havası yağışlıdır.

Sanki günlər öncə əmcəklərindən su sağılan buludlar mənim gözlərimdədir...

=

Sevincim ,fərəhim bir an olur ,çəkdirdiyim xatirə şəkilləri kimi.

Ardınca qüssə,kədər...düşüncələr uzanıb gedir...

O bir andır məni yaşadan...

O bir an...