Ələddin Əzimli - UÇAN XƏYALLAR
Ay ömrüm,
canım mənim,
gedək,
uzaqlara gedək.
Əlini söykə alnına,
günlük elə.
Odur,
zorla sezilən,
ilğım kimi gah görünən, gizlənən,
çətinliklə seçilən
o ulu dağlara gedək.
O dağların ətəyində,
gül-çiçəkli çəmənində
sərin sulu çeşmələrə,
bulaqlara baş çəkək.
Bu gün
Muğanda istidir,
gündəkindən çox yanqılı,
alovludur, atəşlidir.
O görünən
Ərdəbilə qonşu olan
baba yurdum, ata elim
Şahnişindir.
O yerlər indi cənnət,
səpsərindir.
Aralıqda
söhbət gəzir,
o dağlarda,
yaylarlarda
çaylar, bulaqlar quruyur,
gül-çiçəklər, çəmənliklər soluxur.
El-obası köç eyləyən
evlər, yollar, cığırlar da darıxır.
Ay ömrüm,
canım mənim,
bu sözlərə bənd olma.
Bu səfərçün
kədərlənmə, darıxma.
Bu gedişin qarşısını alan yox.
Bizi
bu səfərdən saxlayan yox.
Fikrim bil ki, qətidir.
Artıq
uçub xəyalım mənim.
Ay ömrüm,
canım mənim!
16. 07. 2026.