Ağaevli Əli Hacı - Allaha hər şeyi demə...

Ədəbiyyat 11:51 / 16.07.2026 Baxış sayı: 422

 

Allaha hər şeyi demə,

demə yerdə adam ölür !

Haqqın ayağı tutulub

demə,dərdə adam ölür !

 

Bir az türkə-çarə elə,

ağrıyanda canın hərdən !

Yerin şirin düşməyibsə,

özün dur,çıx belə yerdən !

 

Olur da,büdrəyir ömür,

özgə,ya öz günahından !

Qaçıb bir kimsəyə demə,

qorxginən söz günahından !

 

Kisələ sözlə özünü,

gecədən ruhunu ötür !

Bu yoldu,aca bilərsən

yeməyə imanı götür !

 

Əllərindən tut dünyanın,

özgə yola çıxıb gedər !

Daş-qayaya toxunmasan,

su da,yolun axıb gedər