Ayaz  Arabaçı - Ofisdən isti-isti..

YAZARLAR 10:50 / 16.07.2026 Baxış sayı: 503

 

Hər gün daha çox heyrətlənirik,hər gün bir az da genişlənir heyrətimizin sferası.

Möcüzə saydığımız, ağlımıza gətirməyi belə düşünmədiyimiz o qədər şeylər gerçəkləşir ki.

Bu möcüzələrin sırasına qoşulan süni intellekt bizi dərindən düşünməyə məcbur edir, bu "kafir icadı" doğrudanmı insan ağlının məhsuludur?.

Adam inanmaq istəmir. O, hələ dünə qədər yalnız hekayələrdə, elmi-fantastik filmlərdə gördüyümüz bir möcüzə idi. Amma bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.Tibbə, təhsilə, sənətə, texnologiyaya, sosial xidmətlərə ayaq açıb.

Belə desək-biz tənbəllərin əvəzinə hər işi görməyə hazırdır.O vaxt biz uşaq olanda danışırdılar ki, kənddə kiminsə babası onun atını minən cini tutub gətirib öz işlərini ona gördürürmüş.

Bu cin gecə-gündüz hər bir buyruğu, hər bir arzunu qeyd-şərtsiz yerinə yetirirmiş..Yəqin çoxlarınız bu tip hekayələri eşitmisiniz.

İndi bizim cinimiz də bu süni intellektdir.

Təəssüflə və çarəsizcəsinə qeyd edim ki, ki, bəzi- bəzi "ağıllılar" bu möcüzəni insanlığın xeyrinə yox, şəxsi şəhvətlərinə, xəstə zövqlərinə xidmət etdirmək yolunu seçirlər. Sosial platformalarda əxlaqsız videolar, saxta və zərərli görüntülər, gənclərə və cəmiyyətə nifrət aşılayan məzmunda paylaşımlar edirlər.

Ən ağrılısı da budur ki, bu getdikcə təhlükəli bir vərdişə, pis bir ənənəyə çevrilir.

Texnologiyaya nə var ki, onun vecinə də deyil, ona hansı ruhu, hansı məqsədi yükləsən, o, onu həyata keçirəcək. İstəsən, nağıl danışar,istəsən şeir oxuyar, İstəsən mahnı bəstələyər..

Amma indi minlərlə insanın psixologiyasını zədələməklə məşğuldur.

Nadanların əlində bu silah hamımızın təmiz düşüncələrimizi bulandırır, bizi istehlak maşınına çevirir.

Əgər süni intellektlə bağlı gələcək nəsillərin ümidlərini qorumaq istəyiriksə, biz bu zəhərli tendensiyaya qarşı durmalıyıq. Çünki nə qədər ki, biz susuruq, onlar nifrətə, əxlaqsızlığa, bayağılığa meydan açır.

Süni intellekt bir aynadır, bu ayna bizim niyyətimizi əks etdirir. Biz necə insanıqsa, süni intellekt də o cür məhsul verir. İşlərimiz, məqsədimiz gözəl olacaqsa, o da gözəl olacaq,iyrənc olacaqsa, o da iyrənc olacaq.

Bu da bir imtahandır, Məleykəninki kimi))

Çalışaq ki, bu imtahandan sağ çıxaq!

Y