Şakir  Xanhüseynli - Su iç üstündən

Ədəbiyyat 13:11 / 16.07.2026 Baxış sayı: 492

 

Kiməsə ürəyin yanırsa, dayan,

hey qəm yeyirsən ha, su iç üstündən.

Nəsə verəcəklər sən də alassan,

qalma boş xəyalda, su iç üstündən;

 

Bax, fikrin bu isə bir əl uzanıb

ümidin olacaq, su iç üstündən.

Güman eləyirsən yuva qurmağa

tapassan bir budaq,

su iç üstündən...

 

Varsa istəyində sərin bir hava,

düşməyəsən oda, su iç üstündən...

Bir gülün ovcunda bitəcəyini

gətirmə heç yada, su iç üstündən...