Zəka  Vilayətoğlu -  Ümidim

Ədəbiyyat 13:15 / 16.07.2026 Baxış sayı: 558

Bəzən həyat məni hədsiz yorsa da,

Hələ ümidlərə çoxdur ümidim.

Gəlir qulağıma ilahi səda,..

Mənim ümidlərdən toxdur ümidim!

 

Ağlamaq, sızlamaq ruhuma yaddır,

Ruhum buna görə xürrəmdir, şaddır

Ümidlə yaşamaq nə gözəl daddır,

Gərilmiş yayında oxdur ümidim!

 

Belə yaratmışdır Yaradan məni,

Keçiribdir ağdan, qaradan məni,

Gör hara gətirib, haradan məni,

Əyilib sınmağa yoxdur ümidim!

Mənim ümidlərdən toxdur ümidim!