"Heydər Əliyev irsi ədəbi düşüncələrdə"

MƏDƏNİYYƏT 22:19 / 14.07.2026 Baxış sayı: 195

Bu gün -14 iyul 2026-cı il tarixdə AYB Lənkəran Bölməsinin və YAP Lənkəran təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon qərargahında "Heydər Əliyev irsi ədəbi düşüncələrdə" adlı tədbir keçirildi.

Tədbirdə Lənkəranda yaşayan yazıçı və şairlərdən bir qrup və YAP rayon təşkilatının əməkdaşları iştirak etdilər.

Tədbiri giriş sözü ilə YAP Lənkəran rayon təşkilatının sədri,tibb elmləri namizədi,dosent İqbal Əmənullayev açdı. İlk öncə şəhidlərin və Ümummilli Lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxışına davam edən İqbal müəllim bu günkü tədbirin çox əlamətdar bir günə təsadüf etdiyini qeyd etdi. Məhz 14 iyul 1969-cu il tarixdə Ümummulli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlmişdir.

İqbal Əmənullayev ćıxışında yazıçı və şairlərlərin rayonun ictimai-siyasi həyatında fəal iştirakının vacib olduğunu xüsusi ilə vurğuladı.

Tədbir AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərlinin moderatorluğu ilə davam etdi.

Q.Cəfərli çıxışında bu günkü tədbirin yüksək qiymətləndirdi. O, Ümummilli Lider H.Əliyevin müstəqilliyimizin qorunmasının təminatçısı olmaqla yanaşı ədəbiyyatımızın inkişafında,tanıdılmasında da müstəsna xidmətlər göstərdiyini bildirdi.

Tədbirdə LDU-nun professoru, əməkdar müəllim Yədulla Agazadə, yazıçı və şairlərdən Səyavuş Süleymanlı, Xudaverdi Cavad, Xatirə Xatun,Leyla Məcidova Ofelya Nəzərova ,Hafiz Mirzə, Ziyafət Yəhya, Əhməd Haqsevər, Bəxtiyar Əliyar, Bəxtiyar Hüseynov mövzu ətrafında çıxış edərək H.Əliyevin dövlətimiz,o cümlədən ədəbiyyatımız qarşısında olan xidmətləri ilə bağlı fikir və düşüncələrini bölüşdülər.

Sonda Q.Cəfərli və İ. Əmənullayev ćıxış edərək bu tipdə tədbirlərin davamlı olacağına ümid etdiklərini bildirdilər.

Çay və şirni süfrəsi ətrafında keçən tədbirin sonunda xatirə şəkilləri çəkildi.

 

+24

4

3