Ağaevli Əli Hacı - İllərimin o başından

Ədəbiyyat 11:15 / 14.07.2026 Baxış sayı: 206

 

,

çatdım ömrün bu başına !

Öz yükümü söz götürüb

qatdım ömrün göz yaşına !

 

Açıb yolun su oyatdım,

acıb cana suya atdım.

Ürəyi suya boşaltdım

bəlkə,ömrə gün yaşana !

 

Sıxdım göyün köynəyini,

kəsdim yerin göynəyini !

Gecə dəyişdim əynimi

payızdan ömrün qışına !