Əşrəf Veysəlli - Gəlmədi
Təyyarələr çıxdı yoxa,
Qatar gəlmədi,gəlmədi.
Bütün yollar gözlərimdə
Yatar,gəlmədi,gəlmədi.
Harda qaldı? Hanı? Hanı?
Dərd sökər oğul tikəni.
Gözümdə həsrət tikanı
Bitər,gəlmədi,gəlmədi.
Quruyub quru yolları,
Bağlanıbmı su yolları?
Mənim ahım bu yolları
Tutar,gəlmədi,gəlmədi.
Ürəyim xəstə, üzülür,
Səksənib səsdən üzülür.
Çıxıb qəfəsdən özünü
Atar, gəlmədi, gəlmədi.
1999-cu il