Deputatlar tətilə çıxdı

Gündəm 12:52 / 14.07.2026 Baxış sayı: 156

Milli Məclisin növbədənkənar sessiyasının iclası başa çatıb.

Yenises.az  xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda 26 məsələ müzakirə olunaraq təsdiqlənib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov   növbədənkənar sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla deputatlar tətilə çıxıb.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.