Xatirə Rəhimbəyli - SƏSİ ŞƏRHDƏ...

Ədəbiyyat 18:05 / 14.07.2026 Baxış sayı: 239

 

Üzü o tərəfə, könlü bu yana

Ay iki arada qalan ey, salam.

Yığval tərsə düşüb, yol düz gəlməyib,

Ürəyi həsrətdə solan ey, salam.

 

Gəzir aralıqda qatı duman,çən.

Eh,nə bu mən mənəm, nə də o sən sən.

Ürəyim eşitdi ürəyin verən

Allah salamını…Salam ey,Salam!

 

Hər dua Allaha agah olmur ki,

Quruca bir salam günah olmur ki…

Hər qəlbin salamı,”Segah” olmur ki,

Ürəyim inlədi:”Balam ey…” Salam.

 

Eh,gəlirsiz gəldi bu gidi gərdiş,

Ürək dərd çəkməyi eylədi vərdiş,

Salamın qurusun,salamsız dərviş,

Eylədin ruhumu talan ey… Salam