Şakir  Xanhüseynli - İZ

Ədəbiyyat 17:32 / 14.07.2026 Baxış sayı: 234

 

iz...taleyimizdən, ömrümüzdən

heç silinməyən izlər, izlər...

hərdən düşünürəm məndə izlərin də

izi qalıb--

izlər də iz qoyub məndə, hə...

iz... bəlkə ən dərin izlər bir sözün, səsin

ruhumuzda buraxdığı izlərdi

və sözlərdə neçə-neçə nəfəsin,

sevginin solmayan çiçək izləri...

iz... səma, yer, ay, ulduzlar-

hər nə var

bir izdi, əslində,

sözümüzdə Füzulinin ah izi...

Nəsiminin ənəlhəq harayı,

o da bir iz,

görərsən suda, odda da bir iz...

və gözüm, olur ki, axtarır quşların

göydə izini...

iz... bu yollar, cığırlar da

uzandıqca uzanan bir izdi;

sanki gözümüz

yaş ilə üflənən yanar bir közdü!.