ÖZ EŞQİMƏ TƏN BİLMİŞƏ -  Səməndər Nəsirov

Ədəbiyyat 21:42 / 14.07.2026 Baxış sayı: 157

 

Niyə məni dərd içində qoyubsan,

Məgər duman-çən bilmişəm mən səni?

Ayrılıqdı məni vaxtsız qocaldan,

Saçlarıma dən bilmişəm mən səni.

 

Ömür gedir, zaman gedir, tələsim,

Yaralıyam, nə ünüm var, nə səsim,

Səndən ayrı gedib-gəlmir nəfəsim,

Bir ikinci mən bilmişəm mən səni.

 

Eləmişəm həsrətini yerbəyer,

Amma mənə həsrətində yoxdu yer,

Heç olmasa Səməndərə dəyər ver,

Öz eşqimə tən bilmişəm mən səni.