Bəhram Bilaloğlu -**Ayrılığın qanadıyam,**
Ədəbiyyat
13:00 / 16.07.2026
Baxış sayı: 430
**Ayrılığın qanadıyam,**
Təpərim var uçmağa da.
Qaranlıqdan keçən yolum,
Çəpərim var baxmağa da.
İlişmisən çəpərimdə,
Baxmağımı düşünürsən.
Dünya eşqin vurur səni,
Ayrılıqdan gen düşürsən.
Baxmaq ayrı, görmək ayrı,
Görən kəslər baxa bilmir.
Baxanların xislətindən,
Gülənlərin üzü gülmür.
Nə çox belə cığır çəkdim,
Cığırların arasından.
Heyif ki, başa düşmədi,
Baxan gözün yarasından.