Adil  ŞİRİN -  Mənə nə oldusa eşqindən oldu.

Ədəbiyyat 20:57 / 16.07.2026 Baxış sayı: 309

Sənə necə deyim indi mən kiməm,

Kökdən düşmüş tarda bir qərib siməm.

O gözəl günləri anınca gözlərim doldu,

Mənə nə oldusa eşqindən oldu.

 

Demirəm ki, eşq gəldi bayılmadım,

Bu sevdadan bihuş oldum, heç ayılmadım.

Adınla yanaşı çəkildi adım,

Mənə nə oldusa eşqindən oldu.

 

Bəzən çox yaxınsan, bəzən çox uzaq,

Bəzən bir mələksən, bəzən bir uşaq.

Bir gün gözlərindən axar bu günah-

Mənə nə oldusa eşqindən oldu.

 

Gün gələr fələyə bel bağlayarsan,

Gecələr səssizcə hey ağlayarsan.

O ötən sevgini soraqlayarsan,

Mənə nə oldusa eşqindən oldu...

Adil Şirin