Bəhram Bilaloğlu - Məni məndən qoparan
Ədəbiyyat
18:25 / 17.07.2026
Baxış sayı: 1325
Məni məndən qoparan-
Duyğulara məhkumam.
Səcdədən eşqə çatan-
Baxın,həmin məktubam.
Səmadadır bu ruhum-
Duam, qunut əldədir.
Möminlər anlayarlar-
Qunut hansı dildədir.
Oxumağa,yazmağa-
Nə çox mövzularım var.
Quran vurub təsdiqin-
Möhür avazlarım var.
Bəlkə də, anlamazsan-
Orda olan ayəni.
Əş- şüara qeyd edir-
Yazdığım hər qayəni.