Fərhad Tapdıqoğlu - Baş haqqında kəlamlar,deyimlər:

YAZARLAR 09:15 / 14.12.2025 Baxış sayı: 1375

 

Yüz daş-qaşın olunca, bir ağıllı başın olsun.

Ağılsız baş əlindən yazıq ayaq nələr çəkər.

Bir baş yaxşıdır,iki baş ondan yaxşıdır.

"Başsız yerdə başsızların içində ,

Başa keçib ,baş olmağa nə var ki?! "

Ağıl yaşda deyil,başdadır.

Başından bərəkət yağsın.

Başın ərşə çatsın.

Başın salamat olsun.

Başıma qaxınc etməyin.

Başım çıxmır.

Başım qarışıb.

Başım fırlanır.

"Başın bəlasını çəkən ürək var,

Başa nə gələcək- baş başa düşməz"

Harda aş,orda baş.

Başı papaqlı.

Çox ağıllı başı var.

Başa düşmək.

Başına gəlsin.

Başdan xarabdır.

Başı buraxır.

Başı batsın.

Ayağım hara,başım ora.

Baş deyil ee,balqabaqdır.

Başı üstündə dayanmır.

( Başı bədəninin üstündə dayanmır).

Başına kül( qarğış).

Başa keçmək.

Başda oturmaq.

Başı qorumaq.

Başı əsir.

Yekəbaş adamdır.

Başına daş düşsün( qarğış) .

Başın bədəninə ağırlıq eləməsin.

Görüm başın batsın(qarğış).

Başı işləmir.

Gəl,başıma çıx.

Başlı başın saxlasın .

Başına gələn başmaqçı olar.

Ailə başsız qaldı.

Onbaşı...yüzbaşı,minbaşı.

Başım gicəllənir.

Başımı xarab eləmə.

Başım şişdi.

Başına iş açma.

Başına iş qəhətdir?

Başlı ilə daş daşı,ağılsızla yemə aşı.

Mənim ayağım bildiyini sənin başın bilmir.

................................

Başınızı ağrıtmadım ki?!

Yəqin məni başınızdan eləməzsiniz.

Yazı başımla ürəyimin birgə işindən başa gəldi...