Tahir Rzayev,  Milli  Məclisin komitə sədri: - " Bu  sammitin adı anti - demokratiyadı..."

SİYASƏT 15:05 / 31.03.2023 Baxış sayı: 1594

“Uzun illər ABŞ demokratiyasına həsəd aparan, hətta səcdə etməyə hazır olan bir çox ölkələr artıq yanıldıqlarını hiss edirlər. Faktlar və hadisələr araşdırıldıqca, həqiqətlər gündəmə gəldikcə, reallıqlar qiymətləndirildikcə ABŞ demokratiyasının iç üzü açılır və əslində Qərbin anti - demokratliyi meydana çıxır”.                                                  

 

Yenises.az  xəbər  verir ki, bu  nu Pravda.az-a  Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, ABŞ tarixlər boyu demokratiya pərdəsi altında oyun oynayır, özünün imkanlarına, gücünə arxalanaraq dünyada müstəmləkəlik siyasəti apararaq ölkələri və xalqları daim qarşıdurmalara, müharibələrə sövq edir: “Xüsusilə öz müstəqilliyini qazanan və ya qazanmaq arzusunda olan ölkələr Qərbin yağlı dilinə, şirin vədlərinə inanaraq özlərinin faciəli həyatını yaşamalı olurlar. Tabe olmayanlar, şirin vədlərə uymayanlar isə saxta demokratların, çirkin demokratiyanın qəzəbinə tuş gəlir və cəzalandırılır. Azərbaycan da bu demokratiyanın acılarını dadan, uzun illər haqqı tapdalanan, torpaqları işğal altında qalan və ədalətli səsinə demokratik hesab edən bir çox dövlətlər tərəfindən səs vermiləyən bir ölkədir. Dünyanın ən demokratik ölkələri hesab edilən ABŞ və Fransa ATƏT - in Minsk qrupunun üzvləri olduqları, əldə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri əraziləri qeyri - şərtsiz tərk etmələri haqqında dörd qətnaməsi olduğu halda təcavüzkarlara heç bir təsir göstərmədilər. İndi olduğu kimi 28 - ildə də erməni təcavüzkarlarını müdafiə etdilər, müharibəyə qızışdırdılar, təcavüzkardan yardımlarını əsirgəmədilər”.

                                                          

T.Rzayev vurğulayıb ki, Azərbaycan bu dövlətlərin mövqeyini bilirdi, araşdırırdı, ancaq sülhü məqbul saydı: “Fəqət məhz bu ölkələrin, saxta demokratik gedişləri nəticəsində sülh mümkün olmadı, danışıqlar baş tutmadı. Əksinə ABŞ - ın, Soros fondunun qurduğu tələ sayəsində Ermənistanı Rusiyanın əlindən almaq, Cənubi Qafqazda möhkəmlənmək məqsədi ilə  bu ölkələr Nikol Paşinyan kimi bir avantüristi, siyasətdən başı çıxmayan birini hakimiyyətə gətirildi. Ermənistanda qətllərə, həbslərə, işgəncələrə, insan hüquq və azadlıqlarının pozulmasına rəvac verdilər.   Çox qəribədir və gözləniləndir ki, son illər dünyanın ən qalmaqallı, münaqişəli, böhranlı, acınacaqlı bir vəziyyətdə olan ölkəsini ABŞ və Fransa demokratik, azad bir ölkə kimi qələmə verir, Ermənistana yardımlarını və köməklərini davam etdirirlər. Halbuki Ermənistanda nümayişlər, həbslər, qarətlər, insan ölümü, hakimiyyət dairələrinə qarşı etirazlar kütləvi hal alıb səngimək bilmir”.    

                             

Deputat qeyd edib ki, ermənistan təcavüzkar, terroru dəstəkləyən və təbliğ edən, terrorçular yetişdirən bir dövlət kimi gündəmdə olduğu halda, sülhə gəlmədiyi, yenidən Azərbaycan torpaqlarını işğal etmək, revanş götürmək məqsədi ilə təxribatlar törətdiyi, Qarabağdakı erməni separatçılarını silahlandırdığı bir vaxtda yenə də Fransa Ermənistanın yanında olduğunu, ABŞ bu ölkəyə diqqətlə yanaşdığını bəyan edir: “Sözsüz bu yanaşma beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin müstəqilliyinə və suveren hüquqlarına ziddir. Ancaq ABŞ bu normaların, hüquqların fərqində deyil. Gücünə, silahına arxalanaraq özünün anti - demokratik siyasətini həyata keçirməkdə, bir çox ölkələri, eləcə də Azərbaycanı təsir altına salmaq istəyindədir. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmiş və Laçın rayonuna özünün xüsusi nümayəndəsini təyin edərkən bir daha bildirmişdir ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə işləməyəcək, heç bir təsir bizi tutduğumuz yolumuzdan döndərə bilməz. Sözsüz ki, bu gün qalıb və güclü olan dövlətimizlə, onun iradəli uzaqgörən rəhbəri ilə təsir dilində danışmaq mümkün deyil. Çünki Prezidentimiz və xalqımız uzun illər bu təsirlərin məngənəsində bərkiyib, reallıqları ölçüb-biçib, xarici dövlətlərin mövqelərindən nəticələr çıxarıb və axırda öz sözünü deyib, gücünü göstərib, haqqı, ədaləti bərpa edib öz torpaqlarını düşmənlərdən təmizləmişdir. Dünyaya həqiqətin, ədalətin, demokratiyanın üzünü göstərmiş, iradənin, birliyin, vətənpərvərliyin nəyə qadir olduğunu nümayiş etdirmişdir”.                                      

 

“Təəssüflər olsun ki, qələbələrimiz, Türkiyə və qardaş ölkələrlə birliyimiz, əməkdaşlığımız yenə də ABŞ və Fransa dövlətləri tərəfindən həzm edilə bilmir. Onlar müxtəlif çirkin yollarla Azərbaycana təsir etmək, haqlı mübarizəmizə, dünyada artan şöhrətimizə kölgə salmağa çalışırlar. Sözsüz ki, bu əməllər yenə də demokratiya pərdəsi altında həyata keçirilməkdədir. Martın 30-da 120 dövlətin dəvət edildiyi ABŞ Administrasiyasının keçirdiyi demokratiya sammiti əslində demokratiya adına bir ləkə, demokratik, azad fikirli dövlətlərə bir hörmətsizlik, Amerikanın imicinə zərbə idi. Bu gün dünyada sülhün, əmin-amanlığın, əməkdaşlığın bərqərar edilməsi, müharibələrin, münaqişələrin qarşısının alınması üçün ciddi mübarizə aparan, humanist addımlar atan, yoxsul ölkələrə kömək əlini uzadan Türkiyənin və Azərbaycanın bu sammitə dəvət olunmaması ABŞ-ın demokratiya dəyərləri ayaqlar altına atmasının nümunəsidir. Ermənistan kimi təcavüzkar, terrorçu bir dövlətin sammitdə təmsil olunması bir daha göstərir ki, ABŞ demokratiyaya, insan haqlarına, sülhə, əmin-amanlığa, bəşəri dəyərlərə sadiq deyil, əslində anti -demokratik, terrorçulara, təcavüzkarlara dəstək verən bir dövlətdir.    Sual oluna bilər ki, ABŞ Administrasiyası demokratiyadan uzaq olan, hər gün ölkəsi daxilində qan axıdılan, həbslər keçirilən, insanları ac-yalavac vəziyyətində olan terrorçu Ermənistanı hansı əməllərinə, hansı təcrübəsinə, hansı müsbət nailiyyətlərinə görə bu sammitdə dəvət etmişdir? Əsrlərlə türklərin və azərbaycanlıların qanını axıdan və öz çirkin, insana zidd əməllərini bu gündə davam etdirən Ermənistanın, insan qatilləri kimi ad çıxan Ermənistan rəhbərlərinin belə sammitlərdə iştirak etməkləri nəinki demokratiyaya, bəşəriyyətə hörmətsizlikdir, müstəqil dövlətlərə ən böyük xəyanətdir. Bəli, demokratiyanın Qərb modeli insanlıq, bəşəriyyət üçün deyil, Amerikanın  öz siyasətini yürütmək, bəzi dövlətlərə diktə etmək, terrora, təcavüzə yollar açmaq söz azadlığını, insan hüquqlarını kobudcasına pozan, terrorçular yetişdirən Ermənistan kimi dövlətləri dəstəkləmək onları münaqişələrə təhrik etmək üçündür. Bu əlbəttə ki, bəşəriyyət üçün qəbuledilməzdir və təhlükəli addımlardır. Dünya bunu görməli, dərk etməli və nəticə çıxarmalıdır” – T.Rzayev əlavə edib.