Şuşadan Füzuli aeroportuna gedən yolun istifadəyə veriləcəyi tarix AÇIQLANDI

MƏMLƏKƏT 21:17 / 30.09.2023 Baxış sayı: 941

Şuşa şəhərini Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirən avtomobil yolu gələn ilin I rübündə tamamlanacaq.

Yenises.az  xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.

"Bir çox tunelləri və keçidləri özündə ehtiva edən sözügedən yol sürətli kommunikasiyanın yaradılmasına öz töhfəsini verəcək", - deyə o qeyd edib.