Həzi Həsənli : - Hər günüm ilə dönər
Hər günüm ilə dönər
Sən yadıma düşüncə.
Bir gün də lilə dönər
Ürəyimdə düşüncə.
Yorğun ürək kimiyəm,
Saralan lək kimiyəm,
Bilmirsən, tək kimiyəm,
Gözlərindən düşüncə?!
Ay bənövşə şəkillim,
Düşüncəlim, fikirlim,
Bəxtəvərim, şükürlüm
Məni başa düşüncə...
Dərdli - dərdli ötərəm,
Gəlsən, kama yetərəm,
Yollarında bitərəm
Yönün bəri düşüncə.
01.03.2024