Ermənistanın meyvə-tərəvəzini "qara siyahı"ya saldı - RUSİYA

DÜNYA 22:15 / 19.07.2024 Baxış sayı: 3742

İyulun 17-də Ermənistana "Rosselxoznadzor"dan aprel-iyun aylarında Rusiyaya ixrac edilən meyvə-tərəvəzin daşınmasında pozuntular barədə məktub daxil olub.

Yenises.az  xarici mediaya istinadən xəbər verir ki, nəticədə iyulun 15-dən etibarən 16 erməni şirkətinin məhsullarının Rusiya bazarına tədarükü müvəqqəti olaraq dayandırılıb.

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi problemi aradan qaldırmaq üçün dərhal "Rosselxoznadzor" ilə danışıqlara başlayıb.  (unikal)