Elnur  Uğur Abdiyev  - SEVGİ

Ədəbiyyat 09:12 / 23.04.2026 Baxış sayı: 262

 

Bir yolçuyam yol gəlirəm,

Sağım sevgi,solum sevgi.

Gediləcək məndən sonra

Sabah adlı yolum-sevgi.

 

Dəryada ol suya ümid.

Dərəli yol suya ümid,

Səhrada yolçuya ümid

Bitən yaşıl kolum sevgi.

 

Ruhum fırtınadan doğar,

Gəldim, dünyaya hər bahar-

Harda həsrət yağışı var

Ora çətir olum,sevgi!