Əbülfət  Mədətoğlu - VAXTIDI

Ədəbiyyat 09:00 / 22.04.2026 Baxış sayı: 808

Səs eləmə, qoy dincəlsin , gecənin -

Ulduz sayan , Ay görünən vaxtıdı...

Dildən gizlin ürəyindən keçənin -

Etirafa tam bürünən vaxtıdı...

 

Ortalığa yaylıq sərib bir sükut

Ova çıxıb elə bil ki, şir sükut! !

Biz susduqca dönüb olur sirr sükut -

İndi ona söz verilən vaxtıdı!

 

İçimdə eşq şirə salıb - ballanıb

Ruhum ancaq xəyallarla aldanıb...

Həsrətimin budaqları sallanıb -

Əbülfət, ta bar dərilən vaxtıdı!